Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Çox arzular düyün olmuş, dağ olmuş,

Ayaz Arabaçı

Çox arzular düyün olmuş, dağ olmuş, Dillənmirik, axı bir az ağ olmuş, İl gəlməmiş, Şaxtababa sağ olmuş, Qiymətləri kəlləçarxa qaldırıb.

Oliqarxlar Qarabağda kefində, Kasıb yetim büzüşübdü evində, Fahişələr at oynadır efirdə, Fərə kimi, Qarqız arxa qaldırıb.

Yüz dəfə yaz, insaf yoxdu tiranda, Bir salamat yer qalmayıb viranda, İqtisadi təkamülü bir anda, Köhnə bazar təzə nırxa qaldırıb.

Bədnam etdi şumerləri, hunları, Tanrım özü hifz eləsin bunları, Adam var ki, kürkündəki yunları, Yumurtadan qırxa-qırxa qaldırıb.

Beş yerinə on geydirmək istəyir, Allı-güllü fon geydirmək istəyir, Üç-dörd tüllab don geydirmək istəyir, Bir gün darğa, bir gün koyxa qaldırıb.

İndi yəqin baxıb gülür Vartazar, Yaşıl bazar, təzə bazar, tər bazar, Ağrı-acı, qüssə-kədər, dərd, azar, Yumruğunu sadə xalqa qaldırıb.

Pozub sözün nizamını-dəsini, Çox ağartmır niyəsini, nəsini. Arabaçı gileyini, səsini, Sanmayın ki, qorxa-qorxa qaldırıb.

Saytda dərc olunub