Şeir · Azərbaycan
Çör nə gözəl itilənib,
Çör nə gözəl itilənib, Dişimiz dar ağacına. İndən belə çox düşəcək, İşimiz dar ağacına.
Çıxdıq yalan donumuzdan, Xəbər yoxdu sonumuzdan, Yaraşırıq onumuzdan- Beşimiz, dar ağacına.
Üzlər yorğun, yollar yağır, Günlər keçir ağır-ağır, Çıxasıdı əvvəl-axır, Başımız dar ağacına.
Bizimkidi bu son savaş, Boğmaz bizi bu qan, bu yaş, Hamilədi,əl boyda baş- daşımız, dar ağacına.
Beş aldansam, on beş aldat, Bu zəhəri bir az ballat, Götür bizi, düşür cəllad, Yaşımız, dar ağacına!
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/cor-ne-gozel-itilenib/