Şeir · Azərbaycan
Burdan bizim dağlara
Burdan bizim dağlara Yol varmı Baba dərviş.. Həsrətin ovcundayam.. Bir dərman şüşəsindən Asılıbdır ürəyim, Qulağım cingildəyir, Ot basmış cığırların Dilinin ucundayam.. Düzdü,məndən o yanda Dəniz mənzərəsi var.. Gözlərimi çəkmədən Uzun-uzun baxıram.. Burdan bizim dağlara Yol varmı baba dərviş.. Yaman çox darıxıram. Gecələr yatammıram, Gəzirəm otaq-otaq, Qaranlıq pəncərədən Yollara boylanıram. Dağlar yadıma düşür, Bir gecədə bəlkə də Yüz dəfə "oy"lanıram.. Min-min şeir yazmışam Düzdür günəşə,aya.. Ancaq hayanda olsam Mən dağların gözüylə, Baxmışam bu dünyaya.. Burdan bizim dağlara, Yol varmı baba dərviş.. Ot basmış cığırların Dilinin ucundayam, Qulağım cingildəyir.. Ürəyim bu saatlar, Bağda qalmış bir köpək İt kimi zingildəyir..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/burdan-bizim-daglara/