Şeir · Azərbaycan
Bu sevginin qırğınlardan sağ çıxan,
Bu sevginin qırğınlardan sağ çıxan, Əlimdəki parəsinə baxaram. Neçə qara ayrılıqdan ağ çıxan, Gözlərinin qarəsinə baxaram..
Demək varmış qoyub getmək cürətin.. İşıqdan da iti oldu sürətin, Aynasında şəkillənər surətin, Ürəyimin harəsinə baxaram..
Nə olsun ki,içimizə od vurub, Başımızda O-ndan uca-O durub.. İş olmasa bu şəhərin oturub, Kedisinə,farəsinə baxaram.
Biz bu yolda nə qoymuşduq nə..nə..gəl, Həyatdımı-yuxudumu dənə,gəl.. Sən həmişə ağrıyanda mənə gəl, Mən könlünün yarəsinə baxaram..
Canım çoxdan səfərbərdi bu zülmə, Sən istəsən bu ağrıya düzülmə, Məndən ötrü uzun-uzun üzülmə, Mən başımın çarəsinə baxaram..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-sevginin-qirginlardan-sag-cixan/