Şeir · Azərbaycan
Bu nə xatirədi hüzün yerindən,
Bu nə xatirədi hüzün yerindən, Çıxdı bir yara da duzun yerindən.. Gün qoca dağların dalında batdı, Köhnə bir nağılın uzun yerindən, Gözümü bir ovuc işıq apardı.. Bir də oyandım ki,daşa dönmüşəm.. Başımın üstündə durna qatarı.. O qəlbi dağlanmış yurda yaxşı bax.. Hər gülü-çiçəyi bir omaxşı,bax, Gör neçə ananın qundağı qandı. Gör necə pozulub tale naxşı bax, Yandırdım sinəmə çəkdim qübarı.. Gözüm birdən-birə alacalandı.. Boyum yavaş-yavaş balacalandı.. Başımın üstündə durna qatarı. Hardadı baharın sıcaq nəfəsi, Ölüb içimdəki bayram həvəsi.. Yüz ox yarasından daha ağırdı, Kim inşa elədi bu dar qəfəsi.. Kim çəkdi ortadan bu daş hasarı, Başımın üstündə durna qatarı.. Dağları uçurun,daşları dəlin, Yaxından-uzaqdan yığışın gəlin.. Əyil,o bulaqdan bir udum su ver.. Ciyərim dağılır a qız,a gəlin. Məni huş aparır,xəyal aparır, Get-gedə ağlımdan şübhələnirəm, Başımın üstündə durna qatarı.. Dərd mənə ha desin önümdə dur şax.. Nə güşt tuta billəm,nə də ki,qurşaq.. Dünyanın qan örtmüş gözündə hələ, Bir barmaq uşağam,bir barmaq uşaq.. Sən mənə gücündən güc ver,a Tanrı, Sənə ürəyimin içindən uçur... Başımın üstəki durna qatarı..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-ne-xatiredi-huzun-yerinden/