Şeir · Azərbaycan
Bu gün də süd kimi ağ vərəqləri
Bu gün də süd kimi ağ vərəqləri öpdürdüm həbəş dodaqlı qələmə. Ödədim duyğularımı, bahalı göz yaşlarında adıma yığılıb qalmış sələmə. Bir nöqtədə donub qalan baxışların canlandı quş kimi. Pəncərəmdən o yanda Dəniz sərilib qalmışdı bihuş kimi. Yaza bilmirəm əlimin altında eşidilməyəndə vərəqlərin xışıltısı. Ürəyim rahat olmur hərflərin körpə uşaq kimi bir-bir barmaqlarıma dəyməyəndə mışıltısı. Duyğularım çırpılr pərvanətək pəncərəyə, qapıya,divara.. Mənəm də,mavi köynəkli küləklərin dalınca avara.. İşlərim elə də yaxşı getmir,yanacağı qurtarıb. Taleyin mən sarıdan qanacağı qurtarıb. Çöldə qara kölgələr dirənmişdi qapıma. Doktoruma zəng vurdum, Bir resept atdı votsapıma. Sağ ol doktorum sevdim bu resepti. Götürdüm köhnədən qalmış şərabın başındakı bereti..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bu-gun-de-sud-kimi-ag-vereqleri/