Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bu gecə çox uzun bir yuxu gördüm,

Ayaz Arabaçı

Bu gecə çox uzun bir yuxu gördüm,Elə yuxuda da danışdım suya.Qanadlı atım da var idi guya..Dağlardan baş alan çay kimi təmiz,Gün kimi mübarək, Ay kimi təmiz,Gözəl bir yuxuydu.Bir az uşaq idim mən o yuxuda,Köhnə manat kimi əzik deyildim,Yüzlüktək şax idim mən o yuxuda.Hələ o yuxuda anam da vardı,Gözləri yağışdı, saçları qardı.Durmuşdu,uzaqdan baxırdı mənə,Qolları çay kimi axırdı mənə.Mən yola çıxmışdım uzun yuxuda,Gedirdim elə hey dərd uda-uda.Yolun hayanadır soruşdu-anam,Haraya gedirsən bu gecə vaxtı,Susdum bir kəlmə də heç nə demədim-Gecənin bağrından bir ulduz axdı.O uzun yuxuda cavab vermədim-Çünki ölmüşdülər bütün işıqlar,Mənimçün hər yerdə-anam gedəndən.Anam incimədi yəqin ki məndən.Sonra o yuxuda tələbə idim.Məğlubiyyət dadmış qələbə idim,Soyuq yataqxana divarlarında..Bu gecə çox uzun bir yuxu gördüm-Elə bil bir ömür bu yuxu imiş.Bir az da o vardı, o qız, həmin o.Qəlbimi illərlə kirayələyən,Belimi düzləyən, qəddimi əyən..Bir ayrı ətirdə-qoxuda idim,Yuxumun içində yuxuda idim.Suya danışırdım yuxularımı,Bütün şəkilləri yadda saxlayanBütün olanları yadda saxlayan,Bir ovuc ay üzlü tərtəmiz suya..Uşaq təbəssümüm gülürdü suda,Anamın nəfəsi gedib gəlirdi,Görürdüm o səsi gedib gəlirdi.Suya danışırdım yuxularımı,Yuxu aparırdı hətta suyu daYuxuya gedirdi su şirin-şirin.Bir mahnı da vardıiçində Təbrizdəli küləklərin qərib şəhəri,Gəzirdim yağışlı payız səhəri.Körpüləri sınıq, qəlbləri yara.Kimsə oxuyurdu əsən rüzgara-"Təbrizin küçələri dolanbadolan...Sən məni sevmirsən get ayrı dolan.Bir qız darayırdı ay işığındaQara saçlarını töküb üzünə.Bir ad tapammırdım mən bu hüzünə.Bir az Araz vardı mənim yuxumdaAxırdı gedirdi yenə lil ilə.Kimsə oxşayırdı onu uzaqdanKimsə yana-yana, şirin dil ilə.Bir uşaq nağılı kimiydi yuxum,Atıb bədənimi getmişdi ruhum.Cəbhə xəttindəydim,yaralanmışdım,Dedim ki, olar ki,qəfil ölərəm.Torpağı qazıdım dırnaqlarımla,Yığıb son gücümü-adımı yazdım.Yuxuda yuxudan-yuxuya azdım.Bəlkə elə buydu həyat deyilən,Bir neçə yuxudan ibarət olan.

Saytda dərc olunub