Şeir · Azərbaycan
Bircə-bircə yaddan çıxır,
Bircə-bircə yaddan çıxır, Qohum-qardaş, yaddaşırıq. Elə bil ki, qəlbimizdən, Asılır daş, yaddaşırıq..
Düşünürəm hey, bu haqda, Salam saxta, kəlam saxta, Boynumuza almasaq da , Vallah qardaş, yaddaşırıq.
Nə şum birik, nə dən birik, Gələmmirik, gedəmmirik, İstəsək də edəmmirik- Zamanla baş, yaddaşırıq.
Görünsək də boyumuz şax, Zaman əyir yumşaq - yumşaq Ögeyləşir oğul-uşaq, Keçdikcə yaş, yaddaşırıq..
Hərə düşür bir tuzağa, Kim yaxına, kim uzağa, Dönüb tək-tək yalquzağa, Yavaş- yavaş yaddaşırıq.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/birce-birce-yaddan-cixir/