Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir sifətli doğulub,

Ayaz Arabaçı

Bir sifətli doğulub, Əlli üzlü ölürük.. Dilimizi udmuşuq, Sözlü-sözlü ölürük..

Hər tərəf matəm,anam, Gərdişə matam,anam, Ölürük,atam-anam, Odlu-közlü ölürük.

Can gedir dərd vəlində.. Sonunda-əvvəlində.. Alçaqların əlində, Dirigözlü ölürük..

Saytda dərc olunub