Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

bir qurşun sıxmaq istəyirəm,

Ayaz Arabaçı

bir qurşun sıxmaq istəyirəm, bütün üfunət qoxuyan ağızlara. bir qurşun sıxmaq istəyirəm içində hüquqlarımız yazılan heç nəyə yaramayan kağızlara. bir qurşun sıxmaq istəyirəm başını hər yerə soxan gözlüklü qarğalara.. bir qurşun sıxmaq istəyirəm xalqın hesabına donuz kimi piylənən darğalara.. bir qurşun sıxmaq istəyirəm gündə min cür zir-zibil üyüdən teleekranlara. bir qurşun sıxmaq istəyirəm alçaqları vəzifəyə yüksəldib, şan-şöhrətə mindirən qaldırıcı kranlara.. bir qurşun sıxmaq istəyirəm klanlara.. bir qurşun sıxmaq istəyirəm balalarımızın gülüşünü üzündən oğurlayan əclaflara.. bir qurşun sıxmaq istəyirəm içində balqabaq gəzdirən qılaflara.. bir qurşun sıxmaq istəyirəm gəvəzə laflara. bir qurşun sıxmaq istəyirəm adamlığın,insanlığın yolunu kəsənlərə. bir qurşun sıxmaq istəyirəm könlümüzdəki işığın yolunu kəsənlərə. bir qurşun sıxmaq istəyirəm bütün təslimçi şərtlərə. bir qurşun sıxmaq istəyirəm şəhid atalarının gözündəki dərdlərə bir qurşun sıxmaq istəyirəm meylim olmasa da davaya. bir qurşun sıxmaq istəyirəm bu zəhərlənmiş havaya..

Saytda dərc olunub