Şeir · Azərbaycan
Bir qış günü can ödədin əcələ,
Bir qış günü can ödədin əcələ,Ağır oldu son xəracın, ay ana.Donub qaldı eşitdiyi xəbərdən,Ömür dostun, könül tacın, ay ana.
Bir söz varmı tapım yazım kağıza,Ağu gəlir, zəhər gəlir ağıza,İndən belə nə oğula-nə qıza,Nə atama ehtiyacın ay ana.
Yoxdu daha heç bir şeyə qüdrətim,Ayaqlarım addımbaşı büdrəyir,Əllərimin sazağında titrəyir,Güllü şalın, tərli saçın ay ana..
Qar yağıbdı zirvələrin qaşına,Nə söyləyim, məzarının daşına,Yığıldımı o dünyada başına,Sevindimi, anan, bacın ay ana.
Sazaq kəsər, şaxta vurar könlünü,Dərd min dəfə sökər-qurar könlünü,İndən belə nə doydurar könlünü,Mənim kimi ruhu acın ay,ana..
Səsin gəlir-bu qədər də yas olmaz!Səsin gəlir-oğul dərdə basılmaz..Bir də o cür şirinliknən asılmaz,Qapımızda tavan-sacın, ay ana.
Atam guya təmkinini saxlayır-Durub-durub uşaq kimi ağlayır,Yeddi yerdən ürəyimi dağlayır,Hər baxanda əl ağacın ay, ana.
Nələr gördüm nırxı dönmüş bazarda,Bir də nə vaxt, görüşərik biz, harda? ..Heç olmasa uyuduğun məzarda,Azaldımı ağrın-acın, ay ana.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-qis-gunu-can-odedin-ecele/