Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Bir nəsil çürüyür,bir nəsil Allah,

Ayaz Arabaçı

Bir nəsil çürüyür,bir nəsil Allah, Bir nəsil çürüyür hər fəsil,Allah. Bir nəsil çürüyür göz qabağında, Bir nəsil çürüyür qoz qabığında.. Ölkəni yalançı ədalət basıb. Eşqini,ruhunu ətalət basıb. Bütün dişə dəyən gözəl yerləri Bir yığın iylənmiş murdar ət basıb.. Qoy haqqı deməyən hər ağız ölsün.. Hər qanun,hər qələm,hər kağız ölsün. Bir yanda qəsrlər,taclar kürtləsi, Bir yanda məzlumlar,aclar kütləsi.. Vergilər,rüsumlar,baclar kütləsi.. Xaltalar kütləsi, xaçlar kütləsi.. Bir nəsil çürüyür yurdsuz-yuvasız, Bir nəsil çürüyür susuz-havasız.. Bir qoca kaftarın səksən evi var, Bir ayrı kaftarın yüz dənə barı.. Elə bil goruna aparacaqdır, İtin balaları o boyda varı.. Dərdlərin gözləmə salonundayıq.. Biz belə müticə ölməməliyik.. Hamımız oksigen balonundayıq.. Br nəsil çürüyür göz qabağında, Bir nəsil çürüyür qoz qabığında.. Şeytanı qoyuruq Allah yerinə, Allahı endirib bəndələyirik. Nooldu Koroğlu,nooldu Babək.. Dubinka dəyməmiş səndələyirk. Heç kimin yanında söz demək olmur, Min-min işverən var,ağzıcırıq var. Gündə əlli dənə sifət dəyişən Gör neçə alçaq var zatqırıq var.. Barı heç olmasa sən çıx ortaya, Barı heç omasa İlahi,sən çıx.. Göydən düş, ya yerin göbəyindən çıx. Sənin ki,hər yerdə keçən sözün var, Sənin ki hər yerdə görən gözün var.. Elə göyüzünə dalıb durmusan.. Ağzına bir bulud alıb durmusan.. Bir nəsil çürüyür göz qabağında, Bir nəsil çürüyür qoz qabığında..

Saytda dərc olunub