Şeir · Azərbaycan
Bir gün qəfil atışmağı saxladıq,
Bir gün qəfil atışmağı saxladıq,Aramızda bir barışıq düzəldi.Düzəlməyən nə vardısa birbəbir,Ucdantutma eşq qarışıq düzəldi.
Neçə-neçə zəli vardı bu işdə,Bir də məntək dəli vardı bu işdə..İlahinin əli vardı bu işdə,İşlərimiz şıqdan da şıq düzəldi.
Nə kmsəyə boyun əydik,yarındıq,Nə kimsədən fürsət qapıb barındıq,Bir sevdada durulandıq,arındıq,Bu bər-bəzək,yar-yaraşıq düzəldi..
Nə pul vardı,nə ev vardı,nə lələ,Dedim qorxma,nolar-olar,gəl hələ,Qoşub getdik,üfüqlərə,əl-ələ,Yolumuza yaşıl işıq düzəldi..
Zilini-zil,bəmini də bəm etdik,Ruhumuzu bir mağarda dəm etdik..Başımıza dost-tanışı cəm etdik,Bir dənə də pulsuz aşıq düzəldi.
Həm qışından,həm yazından alındı,Çox şükür ki,ən azından alındı,Bu xoşbəxtlik it ağzından alındı,Bu səadət qaşıq-qaşıq düzəldi.
Sevincimiz gör neçə qat böyüdü,Gündən-günə təsərrüfat böyüdü,Və xülasə,təfərrüat böyüdü,Yavaş-yavaş oğul-uşaq düzəldi...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-gun-qefil-atismagi-saxladiq/