Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

bir çiçək vardı dibçəkdə,

Ayaz Arabaçı

bir çiçək vardı dibçəkdə, mən ona baxdıqca daha da çox solurdu, çünki onun istədiyi su mənim baxışlarımda yox idi.. **** gecə pəncərədən içəri düşən ayın şəfəqi üzümü yoxladı və soruşdu: bu üz kimin yorğunluğudur.. ****

illərlə susdurduğum səsimi eşitdim çıxart dedi əllərini cibindən, bax gör hələ də sənə məxsusdularmı.. ****

O qızı yenə gördüm, gözləri yad idi, üzü tanış.. içindəki adam çoxdan köçmüşdü.

Saytda dərc olunub