Şeir · Azərbaycan
Bir az gözlərindən süzülən
Bir az gözlərindən süzülənyağmurlar ürəkləndirdi məni,bir az dapayız küləyində can çəkişən yarpaqlar.Yanındayam,bir şeylər söylə,Saçlarımı qarışdır,barmaqlarımı sındır.Əlindən gəldiyi qədər uzat bu anları..Köpdürsün ürəyimi şar kimi,qulağımı yalayan nəfəsin.uzaqlaşım hər şeydən..Bir sən ol,bir də sadəcə səsin..Şeirlərimi gözəlliyinlə qidalandır..Hərəsindən bir günəş doğangözlərindən öpdür.Otur yanımda,Yerişlərin divarları əsdirməsin..Sarıl mənə,var gücünləağlım nə yapacağınıkəsdirməsin.Uzaqdakı gəmilərə bax,Soruş o gəmilər nə üçündür..Sahildən bir qələm tap..Əlimin üstünə adını yaz.Yığış gedək,Gedək lap uzqlara,bütün paltarlarını gey..Ya daməni getməyə qoyma,ayaqlarımdan mismarla..Dodaqlarından içməyəBir fincan çay ismarla..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bir-az-gozlerinden-suzulen/