Şeir · Azərbaycan
Belə-belə işlər..
Belə-belə işlər..
İçmdə hələ də acı illərin,Taledən gileyi-güzarı susur.İçib ovuduram ağrılarımı,Canımın azarı-bezarı susur.
Saplanır sinəmə söz nizə kimi,Çıxır ürəyimdə qan dizə kimi,Şuşadan anamız Təbrizə kimi,İtkin oğulların məzarı susur..
Bu millət bir ucuz bütə fanatdır..Uçmamış qırılır bu nə qanaddır,Şairin topası neçə manatdır,Önümdə "Nəsmi"bazarı susur..
Gələ sərvətimi sümürə,görə.Biz qara millətik şümürə görə.Bir-iki dəmirə-dümürə görə,Ölkənin nə qədər yazarı susur..
Unudur haçansa göz,olanları,Yaşadan olmadı gözəl anları,Tərif eləyirlər mozalanları,Abrına qısılıb yüz arı susur..
Bir adı yalandan "yarlığ"a qoyub,İnsanabənzəyən varlığa qoyub...Tanrı da özünü karlığa qoyub...Elə ha sızılda...ha zarı susur..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/bele-bele-isler/