Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Basdı ruhumuzu alaq otları,

Ayaz Arabaçı

Basdı ruhumuzu alaq otları, Yedi ömrümüzü qüssə notları. Düşdü üstümüzə qara kölgələr, Susdu haqqımıza böyük ölkələr. İşlədi durmadan dərd iliklərə, Xainlər yol açdı mənfiliklərə. Yoğnudu boyunlar, şişdi göbəklər, Hürdü üstümüzə qıllı köpəklər.. Milçəklər böyüdü qəfil fil oldu, Dilimiz təzədən özgə dil oldu. Hansı ki, lazımdı qanqal otlaya, Alim görkəmində girdi ortaya.. Rəsmi hoqqalarla doldu varaqlar, Düşdü ayaqlara milli maraqlar.. Nə var yağmalandı, nə var talandı.. Sözlər həddindən çox nişastalandı.. Keçdi iş başına qorxu-qan-hədə.. Bütün dost bildiyin düşmən cəbhədə. Bu göz qamaşdıran bər-bəzəklərin, Yarası qəlbimdə dərindən-dərin. Bir qara məbəddə söndü cürətim. İçimdən-içimə mühacirətim.. Hirsimi saxladım, səbrimi yedim, Durub kimdən-kimə şikayət edim.. Gileyim-güzarım saysız-hesabsız, Yorğun ayaqlarım yollara tabsız..

Saytda dərc olunub