Şeir · Azərbaycan
Ayrılıbdı sevdiyi oğlandan
Ayrılıbdı sevdiyi oğlandan Hava bürosunda işləyən gözəl. Səsində ətri yoxdur ərik çiçəklərinin. Dinir soyuq deyir,dinir qış deyir.. Hər gün ovcundadı gözünün suyu, Günəşli gündə də qar-yağış deyir...
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ayrilibdi-sevdiyi-oglandan/