Şeir · Azərbaycan
Aynasında ay üzünü görmürəm,
Aynasında ay üzünü görmürəm,Tutulubdu gül camalı könlümün.Bu aralar qapısını döymə heç,Qarışıqdı həsbi-halı könlümün.
Üçgündənbir qabağnı qış kəsir,Dil neyləsin danışdıqca diş kəsir..Hakim niyə bir ömürlük iş kəsir,Nə suçu var, nə vəbalı, könlümün.
Qorumadım bir qılınclı qol tapıb,Ona görə dərdi-qəmi bol tapıb,İliyinə soyuq necə yol tapıb,Altdan-üstdən yun əbalı könlümün.
Fikri sönmüş bir ocaqda küllənir,Göz yaşında göyqurşağı tüllənir,Pəncərənin dibçəyində güllənir,Yeddi rəngi yeddi halı, könlümün.
Dayanmır ki, əyləcində yaşım bir,Araz kimi çağlayım bir, daşım bir..Dərdi-sərdən açılmır ki, başım bir,Azalmır ki, qeylü-qalı, könlümün.
Nə kişnəsin nəfəs yoxsa qaboy at..Altı passa, sən bu ömrü ha boyat,Nə qədər də zəhər olsa bu həyat,Yerindədi yağı-balı könlümün..
Məəttələm, necə sağam, əlində,Gah gəmiyəm, gah uçağam əlində,Bütün günü oyuncağam əlində,Uşaq kimi laübalı könlümün.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/aynasinda-ay-uzunu-gormurem/