Şeir · Azərbaycan
Ata bilmədiyim papiros kimi,
Ata bilmədiyim papiros kimi,Çəkirəm sinəmə min udum səni.Mənə məsləhət ver yaxın dost kimi,Mən necə eləyim unudum səni..
Xatirən hər yerdən durubdu qəsdə,Hədəf nöqtəsindən sovunammıram.Yox, daha məzmunsuz, zarıncı, xəstə,Köhnə mahnılarnan ovunammıram..
Unutdum desəm də deməknən olmur,Unutdum desəm də inanma qəti.Qışda da üzünün gülləri solmur,Sən hardan alırsan bu hərarəti..
Hər gün ayrı donda,ayrı biçimdə,Canımı almaqdı ən mühüm işin,Mən necə eləyim sönsün içimdə,Qəlbimi yandıran odun-atəşin.
Gözlərim nə duman, nə də çən çəkərYa gül bağçasısan, ya nar bağısan..Solmağın mən ölən günəcən çəkər..Gözümün yaşında su zanbağısan.
Yox elə,biryolluq birində məni,Bir üzdə zülmətsən,bir üzdə nursan..Haçan ki,unudub gedirəm səni,Onda lap daha çox hiss olunursan.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/ata-bilmediyim-papiros-kimi/