Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Aldı görək Arabaçı nə dedi..

Ayaz Arabaçı

Aldı görək Arabaçı nə dedi..

Böyüyür sözün davası, Böyüyür silaha çıxır. Arındıqca-durulduqca, Adamlar günaha çıxır.

Qorumadıq bu məkanı, Şeytana keçdi sükanı, Hansı dərdin pilləkanı, Dikəlib Allaha çıxır ?

Yoxdu bir yol,dincliyimiz, Puçdu əkib-biçdiyimiz, Yediyimiz-içdiyimiz, Çəkdiyimiz aha çıxır.

Nə eni var,nə uzunu.. Nə tutmusan qurd quzunun.. Qurdalama,bu mövzunun, Ucu gedib şaha çıxır.

Dibinəcən qazammıram, İtəmmirəm-azammıram, Yaxşı şeir yazammıram, İlham pərim baha çıxır...

Saytda dərc olunub