Şeir · Azərbaycan
Al bu da sənə payız,
Al bu da sənə payız, Gəlib çıxdı sonunda. Köhnə dayanacaqda, Titrə ipək donunda.
Al bu da sənə külək, Al bu da sənə yağış. Deyinirdin istidə, Gözün aydın gəldi qış.
Külək qapıb əlindən, Çətirini aparsın. Yağış yuyub saçından, Ətirini aparsın.
Niyə susub durubsan- Xatirələr dustağı. Gözlə gəlib çıxmayan, Taygöz avtobusları.
Tamam boşdu küçələr, Hamı qınına girib. Siftəsini sən elə, Al, bu da sənə qrip.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/al-bu-da-sene-payiz/