Şeir · Azərbaycan
Adını astaca pıçıldayıram,
Adını astaca pıçıldayıram,Soyuq bir gecədə əsgər andıtək.Köhnə yaraların üstünü örtür,İsti bir aldanış yara bandıtək.
Bir az saçlarımda payız qırovu,Bir az nəfəsimdə iyun buxarı.Qalxıram dumanlı xəyallar boyu,Tozlu bir küçəylə üzüyuxarı.
İtib bir-birində xəzri-gilavar,Axşamın havası təzədi-tərdi.O gedən əslində özüm deyiləm,Bir ovuc allahsız xatirələrdi.
Süzür üst-başımı yorğun ədayla,Saçını toz basmış küknar ağacı.Girirəm yolüstü tanış kafeyə,Qəhvə istəyirəm şəkərsiz acı.
Divarda yenə də həmin saatdı,Sənli anlarımı tutub saxlayan.Stol da həminki o boz stoldu,Stul da həminki biraz laxlayan.
Tərpədir axşamın mehi pərdəni,Gəlir pəncərədən içəri səsin.Bir vaxt gətirmişdim buraya səni,Qəhvəyi fincanda qalıb nəfəsin.
Ürək eləmirəm tutam əlindən,Durmusan fikirli üzü dənizə.Sərxoş bir hava var başımda bu dəm,Hamı xəlvət-xəlvət göz qoyur bizə.
Otaqda nə gül var nə də bir çiçək,Bəs bu nə ətirdi, bəs bu nə, jasmin?Elə bil indicə çıxıb gedəcək,Canlanır yaşılı divarda rəsmin.
Könlüm birdəfəlik köçdüyün evdi,Adın dodağımda müsafir deyil.Ruhumuz qoşadı eyni buxarda,Qayıtmaq sadəcə məsafə deyil.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/adini-astaca-picildayiram/