Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Adamdan başqa hər bir,

Ayaz Arabaçı

Adamdan başqa hər bir, Şeyin qiyməti qalxır. Özü də ki elə tez, Yeyin, Qiyməti qalxır.

Düzələcəkmi, çətin, Güzəranı millətin.. Elə bilmə, tək ətin, Meyin qiyməti qalxır.

Yormayın ağlınızı, Ay elin oğlu, qızı, Açın bir, ağzınızı, Deyin, qiyməti qalxır.

Harda var bir qoturun, Heç bir şeyin otunun, Fahişənin, lotunun, Geyin qiyməti qalxır..

Gözləntilər tamam puç, Bizdə deyil məgər, suç? Harda varsa bir ovuc, Peyin.. Qyməti qalxır.

Əncamı kim eyləsin, Teyim-teyim teyləsin.. Partlamasın neyləsin, Beyin, qiyməti qalxır.

Saytda dərc olunub