Şeir · Azərbaycan
Adam bir də qəfil sevə,
Adam bir də qəfil sevə, Bir dərdini üç eləyə. Olan-qalan ürəyinə, Zor eləyə-güc eləyə.
Başdan-başa oda hopa.. Dönə şara,dönə topa, Ayaqları yerdən qopa, Qanadları uç eləyə.
Çiçək aça göz yaşı da, İtə bütün yaddaşı da.. İçib gedib bir daşı da, Maç eləyə,quc eləyə.
Yaman dillər girə qına, Gəzə açıq-açığına, Bu dünyanın acığına, Nəyi varsa puç eləyə.
Ötən illər alqışlaya, Qış yaylaya,yay qışlaya.. Tanrı hər gün bağışlaya, O da hər gün suç eləyə.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/adam-bir-de-qefil-seve/