Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

44 gün yuxu nədi bilmədiniz.

Ayaz Arabaçı

44 gün yuxu nədi bilmədiniz. Çiyinlərinizdə sevgililərinizin qulac-qulac saçlarını əvəzləyən avtomatlarınız. Altınızda cəbhə boyu kükrəyən dəmir atlarınız. Küləklər yalayıb sağaldırdı yaralarınızı. Yaralı vətənimizin nəbzini hər biriniz həkim kimi duydunuz.. Yağıya meydan oxumaq məktəbinin məzunuydunuz.. Bir həmlədə gözünü qan örtmüş alçaqların gözünü qırdınız. Şəhid oldunuz, amma, şəhidliyinizlə ölümün ağzını cırdınız. İllər ərzində neçə xaraba qalmış kənd, neçə viran qalmış şəhər yaşamışdıq. Neçə qanlı xəbər, neçə qanlı səhər yaşamışdıq. 30 il Yurdlarımıza qorxa-qorxa utana -utana Çadır şəhərciklərdən boylandıq.. 44 gün yuxu nədi bilmədiniz, Sayənizdə zəfərləndik,bayramlandıq, Toylandıq..

Saytda dərc olunub